Edri: “İran İsraildəki nüvə obyektlərini məhv etməklə hədələyir”

   Edri:    “İran İsraildəki nüvə obyektlərini məhv etməklə hədələyir”
  26 Sentyabr 2023    Oxunub:1054
“İran İsrail dövlətinin ərazisindəki nüvə obyektlərini məhv etməklə hədələyir, beynəlxalq ictimaiyyət Tehranın bu istəklərini cilovlamağa borcludur”.
Bunu İsrail Atom Enerjisi Komissiyasının rəhbəri Moşe Edri deyib.

Onun sözlərinə görə, İran Yaxın Şərqdə və bütün dünyada sabitlik və təhlükəsizliyə əsas təhdiddir.

“Beynəlxalq ictimaiyyət İran və onun müvəkkillərinin İsrailin nüvə obyektlərinə hücumla bağlı təkrar və açıq təhdidlərini pisləməlidir. İsrail tələb olunduqda obyektlərini bu təhlükələrə qarşı müdafiə etməyə davam edəcək. Tehranın hərəkətləri beynəlxalq ictimaiyyətin diqqətini tələb edir”.
AzVision.az



Teqlər:





Xəbər lenti