İraqda toyda baş verən yanğında azı 120 nəfər ölüb

İraqda toyda baş verən yanğında azı 120 nəfər ölüb
  27 Sentyabr 2023    Oxunub:1083
İraqın Nineva əyalətində toyda baş verən yanğın nəticəsində azı 120 nəfər ölüb, 200 insan yaralanıb.
Bu barədə İraq mediası məlumat yayıb. İraq mülki müdafiə qurumunun məlumatına görə, yanğın toy zamanı fişənglərdən istifadə nəticəsində meydana gəlib.

Məlumatda, həmçinin qeyd olunur ki, mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə riayət olunmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti