Abdullahyan: Yaponiya nüvə danışıqlarının bərpası üçün “təşəbbüs” irəli sürüb

   Abdullahyan:    Yaponiya nüvə danışıqlarının bərpası üçün “təşəbbüs” irəli sürüb
  27 Sentyabr 2023    Oxunub:1129
Yaponiya İran və ABŞ da daxil olmaqla altı böyük dövlət arasında 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq üçün “təşəbbüs” təklif edib.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan “Kyudo News” agentliyinə müsahibədə Yaponiyanın “İranın maraqlarına” uyğun gələn istənilən təşəbbüsünün Tehran tərəfindən müsbət qiymətləndiriləcəyini bildirib.

“Yaponiya bu təklifi avqust ayında Tokioya səfər edərkən baş nazir Fumio Kişida və sonra Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ilə görüşüm zamanı irəli sürüb. Biz Yaponiyanın nüvə sazişinin canlandırılmasında konstruktiv rolunu dəstəkləyirik”, - Abdullahiyan deyib.

Qeyd edək ki, Tehran dəfələrlə JCPOA-nı (İranın nüvə problemi üzrə 5+1 formatı) canlandırmaq istədiyini bildirib, lakin 2015-ci ildə imzalanmış sazişi canlandırmaq üçün aparılan danışıqlar bir neçə aydır praktiki olaraq dayandırılıb.
AzVision.az



Teqlər: Abdullahiyan   Yaponiya  





Xəbər lenti