ABŞ: İran diplomatiya mühiti yaratmaq üçün nüvə gərginliyini azaltmalıdır

   ABŞ:    İran diplomatiya mühiti yaratmaq üçün nüvə gərginliyini azaltmalıdır
  27 Sentyabr 2023    Oxunub:894
Tehran Vaşinqtonla diplomatik təmaslar üçün məkan açmaq istəyirsə, nüvə proqramı ilə bağlı gərginliyi azaltmaq yönündə addımlar atmalıdır.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin sözçüsü Metyu Miller öz çıxışında bu istiqamətdə ilk addım İranın MAQATE ilə əməkdaşlığı olmalıdır.

“İran gərginliyi azaltmaq və diplomatiya üçün yer açmaq istəyirsə, özü də gərginliyi azaltmaq üçün addımlar atmalıdır. Biz son həftələrdə MAQATE-nin öz vəzifələrini yerinə yetirməsi yönündə səlahiyyətlərini azaltmaq üçün İranın etdiyi hərəkətin şahidi olduq. Beləliklə, İranın gərginliyi azaltmaq niyyəti həqiqətən ciddidirsə, onun etməli olduğu ilk şey MAQATE ilə əməkdaşlıqdır. Tehranın nüvə proqramı ilə bağlı İranla ABŞ arasında birbaşa və ya dolayı danışıqların bərpası ehtimalı üçün İranın atmalı olduğu addımları var”, - Miller deyib.

Qeyd edək ki, Millerin bu çıxışı Vaşinqtonunn son günlərdə İranın MAQATE-nin “bir sıra” müfəttişlərinin icazəsinə xitam verməsi qərarını tənqid edən ikinci bəyanatıdır.
Vaşinqtonun və onun Qərb müttəfiqlərinin narahatlığı İranın dinc nüvə proqramı adı altında nüvə silahı istehsal etmək cəhdini pərdələməsi ehtimalından irəli gəlir. Bu ehtimalı dəfələrlə rədd edən İran nüvə proqramını mülki məqsədlər üçün həyata keçirdiyini bildirib.
AzVision.az



Teqlər: İran   Miller  





Xəbər lenti