Tibb ictimaiyyətinin İrandan yeni mühacirət dalğası

Tibb ictimaiyyətinin İrandan yeni mühacirət dalğası
  27 Sentyabr 2023    Oxunub:736
İranda məzunlardan tutmuş təcrübəli professorlara qədər səhiyyə işçilərinin mühacirəti hələ də davam edir.
AzVision.az xəbər verir ki, tibb sahəsi işçiləri, elit təbəqə və tələbələr bu axının əsasın təşkil edir. “HəmMihən” qəzetinin məlumatına görə, Səhiyyə nazirliyinin səhiyyə baş direktoru, epidemiologiya departamentinin direktoru, klinik sınaq mərkəzinin direktoru və bəzi tibb elmləri universitetlərində narkomaniya tədqiqat mərkəzinin direktoru yeni mühacirlər arasındadır. Professorların işdən çıxarılması və məcburi evdə qalması immiqrasiyaya əlavə impuls verir.

Bir müddət əvvəl İranın Sosioloji assosiasiyasının rəhbəri Səid Müəidfər ölkənin “çox güclü mühacirət dalğası”nın astanasında olduğunu elan edərək “dəhşətli” ümidsizliyin bütün cəmiyyəti, xüsusilə də gəncləri və elitanı bürüdüyünü bildirib.
Həmçnin, Tərbiyyət Müdərris universitetinin keçmiş prezidenti Səid Semnanyan universitet professorlarının miqrasiya dalğasının güclənməsini təsdiqləyərək, Tehran universitetinin təkcə bir fakültəsində 70 professordan 30-a yaxınının mühacirət etdiyini, bəzilərinin də belə addım atmağa çalışdığını açıqlamışdı.

Statistik rəqəmlər gənclər arasında immiqrasiuya dalğasının daha yüksək səviyyədə olduğunu sübuta yetirir. Belə ki, bir müddət əvvəl “Rokna” xəbər saytı 2023-cü ilin qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrdən aldığı müsahibədə respondetlərin bir çoxu İrandan mühacirət etməyi planlaşdırdıqlarını və bu mövzuda ailələri tərəfindən təşviq olunduqlarını bildiriblər.

Onların mühacirət qərarını şərtləndirən səbəblər arasında karyera yüksəlişi və ya təhsil sahəsi ilə bağlı biznes qurmaq imkanlarının, sosial azadlığın və abadlığın olmaması, ölkənin əlverişsiz iqtisadi vəziyyəti vurğulanıb.

Mövcud hesablamalara görə, ölkə əhalisinin təxminən onda biri, yəni 8,5 milyon iranlır, hazırda ölkədən kənarda mühacir kimi yaşayır.
AzVision.az





Teqlər: İran   mühacirət  





Xəbər lenti