Türkiyə XİN Xankəndidəki partlayışla bağlı bəyanat yayıb

Türkiyə XİN Xankəndidəki partlayışla bağlı bəyanat yayıb
  27 Sentyabr 2023    Oxunub:802
“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - nazirlikdən qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti