Professorların işdən çıxarılmasının arxasında İbrahim Rəisinin imzası dayanır

Professorların işdən çıxarılmasının arxasında İbrahim Rəisinin imzası dayanır
  27 Sentyabr 2023    Oxunub:1049
Haızrda İranda universitet professorlarının faəliyyəti ilə bağlı yaşanan neqativ hallar İbrahim Rəisi hökumətinin formalaşmasından bir ay sonra elan edilən xüsusi qərarın nəticəsidir.
AzVision.az xəbər verir ki, Tehran universitetinin fəaliyyəti dayandırılmış professoru Möhsün Burhaniyə istinad göstərən “Etemad” qəzeti universitetlərin “təmizlənməsi” adlanan şeyin, Ali Mədəni İnqilab Şurasının İbrahim Rəisi hökumətinin işə başlamasından bir ay sonra elan etdiyi qətnaməyə əsaslandığını yazıb.

İran prezidenti İbrahim Rəisinin imzası olan Mədəniyyət İnqilabının Ali Şurasının bu qərarı “professorların işdən çıxarılması” üçün bəhanə olub. Bu qərarda professor-müəllim heyətinin işə qəbulu üçün professorlarla əməkdaşlığa xitam verilməsi şərtləri dəqiqləşdirilib.

“Mənim şəxsi şikayətim, maddi problemim və mənəvi problemim yoxdur. Twitter və İnstaqramda insanları hüquqlarını müdafiə etdiyim üçün işdən uzaqlaşdırıldım. Bir neçə qərəzli adam öz zövqünə uyğun olaraq istənilən professoru vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. Bu halda professorların iş təhlükəsizliyindən nəsə qalıbmı? Əgər bu prosedur ana universitet olaraq Tehran universitetində qurularsa, bu azğınlığın domino hərəkatını və bütün şəhərlərə yayılmasını gözləməliyik”, - Burhani deyib.

Qeyd edək ki, İbrahim Rəisinin prezidentliyinin ilk aylarında bir sıra universitet professorlarının işdən çıxarılmasından sonra bəzi İran qəzetləri hətta yeni “mədəni inqilab”dan bəhs etməyə başladılar.
AzVision.az


Teqlər: İran   professorlar  





Xəbər lenti