Ərdoğan nazirləri toplayır: Gündəm Azərbaycanın antiterror tədbirləridir

      Ərdoğan nazirləri toplayır:    Gündəm Azərbaycanın antiterror tədbirləridir
  27 Sentyabr 2023    Oxunub:1194
Sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
İclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.

Bundan başqa,Rusiya-Ukrayna müharibəsi, Türk Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam etdirdiyi əməliyyatlar, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti