Ukraynada yenidən səfərbərlik olacaq?

Ukraynada yenidən səfərbərlik olacaq?
  27 Sentyabr 2023    Oxunub:760
Ukraynada səfərbərlik müəyyən edilmiş planlar üzrə davam edir və Müdafiə Nazirliyi prosesi intensivləşdirməyə hazırlaşmır.
AzVision.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin birinci müavini general-leytenant Aleksandr Pavlyuk deyib. Lakin o vurğulayıb ki, cəbhələrdəki vəziyyətdən asılı olaraq, səfərbərlik məsələsinə yenidən baxıla bilər.

A.Pavlyuk həmçinin vurğulayıb ki, dövləti qorumaq hər bir insanın işidir:

"Biz buna hazırlaşmalı və hazır olmalıyıq. Biz səfərbərliyin sürətini artırmamaq üçün mümkün olan hər şeyi edirik... amma siz özünüz başa düşürsünüz ki, hər şey təcavüzkardan və cəbhədən asılıdır", - Pavlyuk əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti