"Hamı Qarabağdan çıxdığı üçün biz də gedirik" - Erməni əsilli sakin

   "Hamı Qarabağdan çıxdığı üçün biz də gedirik" -    Erməni əsilli sakin
  27 Sentyabr 2023    Oxunub:1148
Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinləri könüllü şəkildə Ermənistana gedirlər. Təhlükəsizlik tədbirlərinin müşayiəti ilə yaşadıqları Xankəndi və Xocalını tərk edən ermənilər CNN TÜRK komandasına müsahibə verib.
Fulya Öztürk və Halil Kahramana danışan erməni əsilli sakin bildirib ki, hamı Qarabağdan çıxdığı üçün o da gedir:

"Qızım və nəvələrim İrəvanda yaşadığı üçün gedirəm. Burada olanda heç bir problemim yoxdu, sadəcə başqa uşaqlarımın yanına getmək istəyirəm, orada yaşamaq istəyirəm. Qarabağda evimiz var, yenidən qayıdıb-qayıtmayacağımıza Azərbaycanın şəxsiyyət vəsiqəsini alıb, burada yaşamağı hələ fikirləşəcəyik".

AzVision.az


Teqlər:





Xəbər lenti