Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 min 960-a yüksəlib

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2 min 960-a yüksəlib
  27 Sentyabr 2023    Oxunub:992
Mərakeşdə sentyabrın 8-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 960-a yüksəlib.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin sözçüsü Mustafa Baytas Nazirlər Kabinetinin iclasından sonra açıqlayıb.

Mətbuat katibi qeyd edib ki, ərazidə işlərin davam etdiyi bir vaxtda dağılmış evlərin sayılması prosesinin müxtəlif payçılar arasında koordinasiya əsasında aparılır. O əlavə edib ki, hökumət zərər çəkmiş evlərin hesablanmasını gələn ayın sonuna qədər başa çatdıracaq.

Sözçüsünün dediyinə görə, hesablama prosesi başa çatdıqdan sonra bu sentyabrdan başlayaraq bir il ərzində zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2 500 dirhəm (250 ABŞ dolları) məbləğində ödəniş ediləcək.

Xatırladaq ki, daha öncə krallığın Daxili İşlər Nazirliyi təbii fəlakətdən 2 946 nəfərin öldüyünü açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti