“Iran Steel Company” şirkətinin 17 işçisi şallaq və həbs cəzasına məhkum olunub

“Iran Steel Company” şirkətinin 17 işçisi şallaq və həbs cəzasına məhkum olunub
  28 Sentyabr 2023    Oxunub:832
İran məhkəməsi ölkənin Milli Polad sənaye qrupunda etiraz aksiyası keçirən 17 işçisinə şirkətin idarəetmə vəziyyətinə, eləcə də hüquqi statusuna etiraz etdiklərinə görə şallaq və həbs (və ya cərimə) cəzası kəsib.
AzVision.az “İLNA” agentliyinə istinadən xəbər verir ki, hökmlər Əhvaz İnqilab məhkəməsi tərəfindən polis orqanının hesabatı, “Iran Steel Company”-nin işəgötürən “Şəfəq Rahian Aksin sənaye və ticarət Şirkəti”nin mühafizə şöbəsinin şikayəti əsasında çıxarılıb.

Bu işçilər ötən il etiraz aksiyalarında “qarışıqlıq və mübahisə yaratmaqla ictimai asayişi pozmaqda” ittiham olunurlar.

İnqilab məhkəməsi müttəhimlərə qarşı irəli sürülən bu ittihamı doğru sayaraq onların hər birini üç aylıq həbs əvəzinə hökumət fonduna 2 milyon 500 min tümən cərimə ödəməyə və 74 şallaq cəzasına məhkum edib.

Yeni hökmün sonunda hər bir işçinin qamçılanması cəzasının üç il müddətinə dayandırıldığı bildirilir. Həmin müddətdə cinayət törətməyəcəkləri təqdirdə, onlara şərti cəza veriləcək.

Qeyd edək ki, ötən illərdə dəfələrlə etiraz aksiyaları və tətillər keçirən Milli Polad qrupunun işçiləri təhlükəsizlik qüvvələrinin hədəfinə çevriliblər.
AzVision.az


Teqlər: İran   cəzalar  





Xəbər lenti