Sistan və Bəlucistana xüsusi təyinatlılar yeridilir

Sistan və Bəlucistana xüsusi təyinatlılar yeridilir
  28 Sentyabr 2023    Oxunub:1018
İranda etnik bəlucların kompakt yaşadığı Sistanla Bəlucistan əyalətinə SEPAH və xüsusi təyinatlı qüvvələr, zirehli texnikalar göndərilir.
Bu barədə xarici media və yerli sosial media istifadəçiləri məlumatlar paylaşıblar.

Bölgəyə texnika və canlı qüvvə yeridilməsi ötən ilin sentyabr ayının 30-da Zahidan şəhərində baş verən və "Qanlı cümə" kimi tanınan etirazçı bəlucların öldürülməsinin ildönümü ilə əlaqəlidir.

Çünki "Qanlı cümə"nin ildönümü ilə bağlı Sistan və Bəluçistan şəhərlərində ümumi etiraz aksiyalarına çağırışlar edilib.

Qeyd edək ki, 30 sentyabr 2022-ci ildə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçirmişdilər. Hökumət məmurlarının silahdan istifadə etməsi nəticəsində 13-ü uşaq olmaqla, 103 nəfər ölüb, 300 nəfər isə yaralanmışdı.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti