Paşinyana sui-qəsd çağırışı edən siyasi fəal saxlanılıb

   Paşinyana sui-qəsd çağırışı edən siyasi fəal saxlanılıb
  28 Sentyabr 2023    Oxunub:911
Ermənistanda daha bir siyasi fəal saxlanılıb.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Qərbyönlü “Milli Demokratik Qütb” siyasi blokunun nümayəndəsi, siyasi fəal Muşeq Şuşanyan Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə çağırışına görə saxlanılıb. Onun nəzarət altında olduğu və barəsində cinayət işi başlanıldığı qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti