İranın Əllamə Təbətəbayi universiteti yeni qadağalar tətbiq edib

İranın Əllamə Təbətəbayi universiteti yeni qadağalar tətbiq edib
  28 Sentyabr 2023    Oxunub:823
İranın Əllamə Təbətəbayi universitetinin 2023-2024-cü tədris ili üçün nizam-intizam qaydalarına əsasən tələbələrin “makiyaj”, “tatuaj” və “dabanlı, hündür ayaqlı ayaqqabı və çəkmə geyinmələri” qadağan edilib.
AzVision.az xəbər verir ki, yeni nizamnamədə naməhrəmlə bağlı şəriət normalarına riayət edilməsinin zəruriliyi vurğulanır və hicabsız yaxud qısa geyimlə dərsə gəlmək qadağası qoyulur.

Universitetin nizam-intizam nizamnaməsində üzün və saçın iyrənc makiyajı, hər növ tütünün daşınması, istifadəsi, habelə burunda, dildə, dodaqlarda və qaşlarda qeyri-adi bəzəklərdən istifadə edilməsi qadağandır.

Eyni zamanda, tələbələrin “qısa palto, tunika, dar və cırıq şalvar, hündürdaban ayaqqabı və çəkmə” geyinmək hüququnun olmadığı bildirilib.

Əllamə Təbatəbayi universitetinin nizam-intizam məcəlləsində tələbələrin bütün universitet mühitlərində bu məcəllədə qeyd olunan maddələrə əməl etməyə borclu olduqları vurğulanır. Bu tələblərə əməl etməyənlərə qaydalara uyğun davranılacağı barədə xəbərdarlıq olunub.
AzVision.az


Teqlər: İran   universitetlər  





Xəbər lenti