İranda həmkarlar ittifaqının 4 fəalı barədə hökm çıxarılıb

İranda həmkarlar ittifaqının 4 fəalı barədə hökm çıxarılıb
  28 Sentyabr 2023    Oxunub:1035
Bu ilin mayında həbs edilən Buşəhr Müəllimlər birliyinin dörd üzvü həbs və əmlak müsadirəsi cəzasına məhkum olunub.
AzVision.az İranın Təhsil İşçiləri Həmkarlar İttifaqı təşkilatlarının Koordinasiya şurasına istinadən xəbər verir ki, Mahmud Məlaki və Möhsün Ümrani iki il müddətinə azadlıqdan məhrum edilib. Onların əllərindən alınmış əmlakı hökumətin xeyrinə müsadirə edilib və üç il elmi mühitlərdə təhsil fəaliyyətinə qadağa qoyulub.

Həmçinin, Abdülrza Əmanifər və Əsğər Haceb də hökumətin xeyrinə əmlaklarının müsadirəsi və dörd aylıq həbs cəzası alıblar.

Həmkarlar ittifaqının fəalları bu ilin mayında etirazçı müəllimlərə qarşı təzyiqlərin yenidən artması fonunda saxlanılıblar.
AzVision.az


Teqlər: İran   müəllimlər  





Xəbər lenti