Aİ üzvlərinin sayı 36-ya çata bilər

   Aİ üzvlərinin sayı 36-ya çata bilər
  28 Sentyabr 2023    Oxunub:902
Avropa Siyasi Birliyinin oktyabrın 5-də Qranadada keçiriləcək iclasında əsas müzakirə mövzusu Aİ-nin 36 ölkəyə mümkün genişlənməsi olacaq.
AzVision.az xəbər verir ki, bu barədə İspaniyanın Avropa İttifaqına sədrliyinin saytında məlumat verilib.

“28 sentyabrda keçiriləcək qeyri-rəsmi nazirlər görüşündə əsas diqqət 36-ya qədər üzv dövlətdən ibarət Aİ-nin yaradılması üçün daxili hazırlıqların zəruriliyinə, eyni zamanda Aİ-nin namizəd ölkələrə dəstəyinin gücləndirilməsinə, eləcə də Açıq Strateji Özünüidarəetmə Konsepsiyasına uyğun olaraq digər dünya və üçüncü ölkələrlə əməkdaşlığa yönələcək”, - məlumatda deyilir.

Hazırda Avropa İttifaqına 27 ölkə daxildir. Qoşulmağa namizəd ölkələr Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukrayna və Moldovadır. Kosovo da namizəd statusu uğrunda mübarizə aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti