"Gürcüstan prezidenti ona olan inamı itirib" - Baş nazir

   "Gürcüstan prezidenti ona olan inamı itirib" -    Baş nazir
  28 Sentyabr 2023    Oxunub:1491
"Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqı ölkələrinə razılaşdırılmamış səfərləri ilə ona olan minimal inamı itirib".
AzVision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

Qaribaşvili dövlət başçısının xarici səfərlərini “çox acınacaqlı fakt” adlandırıb. O, həmçinin qeyd edib ki, keçən il onun səfərlərinə maneə olmayıb.

"Onun öhdəliklərimizi yerinə yetirmədiyimiz və Aİ-yə namizəd ölkə statusuna layiq olmadığımız barədə çox ciddi bəyanatlardan sonra, təbii ki, aramızda mövcud olan minimal inam belə itirilib", - baş nazir bildirib.

Zurabişvilinin mümkün impiçmentinə münasibət bildirərək, o vurğulayıb ki, “şəxs konstitusiyanı pozduqda reaksiya mütləqdir”.

Sentyabrın 25-də Zurabişvili administrasiyası Gürcüstan liderinin Baltikyanı ölkələrə səfərə getdiyini açıqlayıb. O, Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu almasını müzakirə edəcək. Zurabişvilinin Estoniya prezidenti Alar Karis, Latviya prezidenti Edqars Rinkeviçs və litvalı həmkarı Gitanas Nauseda ilə görüşü nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti