Rusiya XİN -dən Ermənistana hədə: "Ən mənfi nəticələrə səbəb olacaq"

      Rusiya XİN -dən Ermənistana hədə:    "Ən mənfi nəticələrə səbəb olacaq"
  28 Sentyabr 2023    Oxunub:1301
Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. İrəvan statusla bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Erməni tərəfdaşlara ilkin olaraq Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunu ratifikasiya etməsinin bu strukturun Rusiyanın ali rəhbərliyinə “həbs orderi” verdiyi bir şəraitdə qəbuledilməz olduğu çatdırıldı.

İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirildi, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif etdi. Təəssüflər olsun ki, bu, nəzərə alınmadı və əvəzində Ermənistanda Roma Statutunun ratifikasiyası lehinə siyasi qərar verildi. Bu, ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq”, - nazirlik qeyd edib.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

"Moskva ümid edir ki, Ermənistan Milli Assambleyasında Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar zəhərli qərara “rezin möhür” vurmayacaq ayıq düşüncəli qüvvələr olacaq”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, Ermənistan parlamentinin Dövlət hüququ üzrə daimi komissiyası sentyabrın 28-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Ermənistan parlamenti Roma statutunu təsdiqləyəcəyi təqdirdə, V.Putin Ermənistana gedərsə, həbs olunmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti