Sülhməramlılar ermənilərə 12 ton yardım paylayıblar - VİDEO

Sülhməramlılar ermənilərə 12 ton yardım paylayıblar  - VİDEO
  29 Sentyabr 2023    Oxunub:828
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Xankəndi-Gorus yolu ilə Qarabağ ermənilərinə 12 ton ərzaq və yanacaq paylayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, çatdırılan humanitar yardıma ərzaq, dərman və ilkin ehtiyaclar daxildir.
Bundan əlavə, humanitar karvanın marşrutu boyunca Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ ərazisini müstəqil şəkildə tərk edən mülki şəxslərə yardımlar göstəriblər:
"Rusiya sülhməramlı kontingentin hərbi qulluqçuları ehtiyacı olan hər kəsi içməli su, çörək və uşaq yeməyi ilə təmin ediblər".

Nazirliyin məlumatında həmçinin qeyd edilir ki, "Rusiya sülhməramlı kontingenti Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və Xankəndi ilə qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və mülki şəxslərə münasibətdə humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı fəaliyyət davam etdirilir".

Tural Tağıyev
AzVision.az



Teqlər: Sülhməramlı  





Xəbər lenti