Ermənistana 93 min erməni keçib - Yenilənib

 Ermənistana    93 min    erməni keçib -  Yenilənib
  29 Sentyabr 2023    Oxunub:1578
Qarabağdan Ermənistan Respublikasına 93 minə yaxın sakın gəlib. Bu barədə respublikanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan brifinqdə məlumat verib.
***
Sentyabrın 29-u saat 06:00-a olan məlumata görə, Qarabağdan Ermənistan Respublikasına 84 770 nəfər gəlib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası hökumət nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Qarabağdan mülki əhalinin Ermənistana keçidi Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmaqla həyata keçirilir.

"Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bir müddət öncə bəyan etmişdi ki, ölkə Qarabağdan 40 minə yaxın ailəni qəbul etməyə hazırdır", - "Spitnik Armeniya" yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti