Ermənistan Xankəndi partlayışında 170 insan qalığının tapıldığını iddia edir

Ermənistan Xankəndi partlayışında    170 insan qalığının tapıldığını iddia edir
  29 Sentyabr 2023    Oxunub:814
Azərbaycanın Xankəndi şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində hadisə yerindən tapılan qalıqlar DNT ekspertizası üçün Ermənistana təhvil veriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.

Ermənistanın səhiyyə naziri: "Yanğında 125 nəfər həlak olub"
Qeyd edilir ki, partlayışdan bir neçə gün keçməsinə baxmayaraq, hələ də şəxsiyyəti müəyyənləşdirilməmiş şəxslər var: "Xilasetmə qrupları partlayış baş vermiş yanacaq anbarının ərazisində axtarış işlərini davam etdirirlər. Ümumilikdə 170 nəfərin cəsədi və cəsəd qalıqları ərazidən götürülərək ekspertiza bürosuna, şəxsi əşyalar isə əməliyyat qərargahına daşınıb".

Xatırladaq ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaq anbarında güclü partlayış baş verib. 300-ə yaxın insan xəstəxanaya yerləşdirildi, Ermənistan isə 105 nəfərin itkin düşdüyünü iddia edirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Partlayış  





Xəbər lenti