Qarabağda daha iki erməni silahlısının cəsədi aşkarlanıb

   Qarabağda daha iki erməni silahlısının cəsədi aşkarlanıb
  29 Sentyabr 2023    Oxunub:970
Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində məhv edilmiş silahlılardan daha ikisinin cəsədi aşkarlanıb.
Ermənistan mediasının yaydığı məlumata görə, sentyabrın 28-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xocəvənd rayonunun kəndlərindən birində cəsəd tapılıb.

Bundan başqa, Ağdərənin Canyatağ kəndi ilə bitişik ərazidən bir əsgərin qalıqları aşkar edilib.

Qeyd edilir ki, onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşdiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Cəsəd  





Xəbər lenti