ABŞ helikopteri SEPAH gəmilərinin “lazer radiasiyasına” məruz qalıb

ABŞ helikopteri SEPAH gəmilərinin “lazer radiasiyasına” məruz qalıb
  29 Sentyabr 2023    Oxunub:812
Fars körfəzində ABŞ helikopteri SEPAH-a məxsus gəmilərin lazer zərbəsi ilə üzləşib.
AzVision.az ABŞ-nin Hərbi Dəniz qüvvələrinin (HDQ) Mərkəzi komandanlığının (Centcom) sözçüsü Rik Çernitzə istinadən xəbər verir ki, Amerikanın “Bell H-1Z Viper” döyüş helikopteri Ərəb dənizinin beynəlxalq sularında adi patrul əməliyyatları həyata keçirərkən SEPAH HDQ-nin “təhlükəsiz və qeyri-peşəkar” davranışı ilə qarşılaşıb.

“SEPAH-ın gəmiləri uçan helikopterə bir neçə lazer zərbəsi endirib. Xoşbəxtlikdən itki olmayıb və helikopterə ziyan dəyməyib. Bu təhlükəli, qeyri-peşəkar və məsuliyyətsiz davranış ABŞ vətəndaşlarının və onun tərəfdaşlarının həyatına təhlükə yaradır və dərhal dayandırılmalıdır. ABŞ-nin Hərbi Dəniz Qüvvələri sayıq qalır və regional dəniz təhlükəsizliyini təşviq etməklə yanaşı, beynəlxalq hüququn icazə verdiyi yerdə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”, - Çernitz vurğulayıb.

İran bu bəyanatlara hələlik reaksiya verməyib.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti