Etirazların yatırılmasında SEPAH-ın təqaüdçüləri iştirak edib
“Siz indi də meydandasınız. O zamn ki, iğtişaş olur siz varsınız. Üzə çıxırsınız, səfərbər olursuz və gedirsiniz. Bu qüvvələrin hazırkı təqaüdçüləri hökumətin qurulmasından bu yana bütün 45 ili həm müharibədə, həm də etirazlarla mübarizədə fəal iştirak ediblər. Keçən il iğtişaşçıların nə qədər hay-küy saldıqlarını, nə ümidlər bəslədiklərini, nə təxəyyüllər, illüziyalar və xəyallar qurduqlarını, aldatma və şayiələrə qapıldıqlarını gördünüz. Bu il də baxın görün onların rəhbərləri və havadarları arasında necə bölünmə, necə çaşqınlıq var. Düşmən məğlub oldu, amma yenə başqa tərəfdən gəlmişdi, amma zəif, cansız və məzlum halda”, - Səlami deyib.
SEPAH komnadanı uzaq illərdə göstərdikləri səylərə görə qurumun təqaüdçülərinə təşəkkür edirək, onların problemlərini çözməyə çalışdıqlarının bildirib. Çünki onlardan yaxşı heç nəyi olmadığını dərk edən SEPAH rəhbərliyi onların razılığını qazanmağa çalışır.
AzVision.az