İncəsənət universitetinin daha iki professoru işdən çıxarılıb

İncəsənət universitetinin daha iki professoru işdən çıxarılıb
  29 Sentyabr 2023    Oxunub:874
İranda universitet professorlarının işdən çıxarılması dalğası davam edir. Tehran İncəsənət universitetinin iki professoru Məsud Ülya və Fəriştə (Fatimə) Hüseyni Şəkib də həmin siyahıya düşdüklərini açıqlayıblar.
AzVision.az xəbət verir ki, İncəsənət universitetinin “Sənət fəlsəfəsi” kafedrasının professoru, Məsud Ülya İnstaqram səhifəsində universitetin idarə heyətinin müqavilə müddətinin uzadılması ilə razılaşmadığı barədə yazdığı məktubun şəklini dərc edib.

“Məni İncəsənət universitetində 12 il işlədikdən sonra işdən çıxartdılar. Universitetdə işimi davam etməyimə deyilən kiçik bir “yox”-a cavab olaraq onların yersiz davranışlarına böyük “yox” dedim və mən bununla fəxr edirəm”.

Animasiya professoru, İncəsənət universitetinin “Hərəkətli görüntü” təhsili kafedrasının professoru Fəriştə Hüseyni Şəkib də öz İnstaqram səhifəsində oxşar xəbər yayaraq, universitetdə işinə xitam verildiyini bildirib.
AzVision.az


Teqlər: İran   professorlar  





Xəbər lenti