İran Antarktidada mülkiyyət iddiasına düşüb

İran Antarktidada mülkiyyət iddiasına düşüb
  29 Sentyabr 2023    Oxunub:893
İranın Hərbi Dəniz qüvvələrinin komandanı İranın Mekran sahilindən (Bəlucistan sahili) tutmuş Cənub qütbünə qədər hakimlik etdiyi iddiasını irəli sürüb.
AzVision.az xəbər verir ki, kontr-admiral Şəhram İrani Tehranın Antarktidada mülkü olduğunu iddia edərək, İranın orada öz bayrağını ucaltmaq planından söhbət açıb.

Bundan əvvəl SEPAH-a yaxın “Tasnim” agentliyi İran ordusunun “yaxın gələcəkdə” Cənub qütbünə donanma göndərmək planı barədə xəbər yaymışdı.
“İran donanması Cənub qütbünə səfər edərsə, İran gələcəkdə orada sahiblik iddia edə bilər”, - həmin xəbərdə deyilirdi.

Maraqlıdır ki, 1959-cu ildə imzalanmış Antarktida müqaviləsinə əsasən, heç bir ölkənin bu qitəyə tam sahiblik hüququ yoxdur. 54 ölkənin təsdiqlədiyi bu müqavilə Antarktidanı bəşəriyyətin ortaq irsi elan edir.

Amma hazırda Argentina, Avstraliya, Çili, Fransa, Yeni Zelandiya, Norveç və Böyük Britaniya Antarktidanın bəzi hissələrinə ərazi iddiasındadırlar. Görünür, İranda onlardan geri qalmaq istəmir.
AzVision.az



Teqlər: İran   Antarktida  





Xəbər lenti