İran 40 ölkəyə dərman ixrac edəcək
Eynullahi son bir ildə 33 yeni dərman istehsalı xətti yaradıldığını və 75 yeni dərman preparatı buraxıldığını söyləyib. O, həmçinin, son çıxışında bir daha İranı koronovirusla mübarizədə “bölgənin ən uğurlu ölkələrindən biri” adlandıraraq, ona qarşı yerli vaksin istehsal olunduğunu qeyd edib.
Bununla belə, İranda dərman çatışmazlığı çoxsaylı ölümlərlə nəticələnir. Məsələn, xərçəng xəstəliyi üçün dərmanının yoxluğu 2019-cu ilin mayından indiyə qədər bu xəstəlikdən ölüm hallarının 6 dəfə artmasına səbəb olub. Hər il 260 talassemiya xəstəsi dərmanın “əskikliyi və yoxluğu” səbəbindən dünyasını dəyişir.
İranın rəsmiləri dərman çatışmazlığı problemini Qərbin sanksiyaları ilə əlaqələndirirlər.
AzVision.az