Zelenski: "İran raketlərinin Rusiyaya tədarükü barədə bizdə məlumat yoxdur"

   Zelenski:    "İran raketlərinin Rusiyaya tədarükü barədə bizdə məlumat yoxdur"
  29 Sentyabr 2023    Oxunub:1137
İranın Rusiyaya PUA-lar verməsindən ciddi narazılığını bildirən rəsmi Kiyev, Tehranın Moskvaya həm də raketlər ötürməsi barədə məlumata malik olmadığını bildirib.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodomir Zelenski Kiyevə səfər edən NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında belə açıqlama verib. O, jurnalistlərin İranın Rusiyaya “Fateh 110” və “Zülfiqar” raketlərini satmaq niyyəti ilə bağlı suallarını məhz belə cavablandırıb.

“İranın Rusiya Federasiyasına raket satması ilə bağlı hələ də heç bir dəlil yoxdur. Xidmətlərimiz həmkarlarla əlaqə saxlayır və bu məsələ həll olunur. Həmçinin, biz NATO-nun baş katibi ilə NATO-ya üzv dövlətlər tərəfindən Kiyevə əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi imkanını müzakirə etdik”, - Zelenski vurğulayıb.

2022-ci ilin avqustunda “Washington Post” qəzetində İranın Rusiyaya öz pilotsuz təyyarələri tədarük etdiyi barədə məqalə dərc olunduqdan sonra ABŞ rəsmiləri tərəfindən də belə bəyanatlar səsləndirildi.

Lakin Moskva və Tehran İrana məxsus pilotsuz təyyarələrin Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya göndərildiyini dəfələrlə inkar ediblər.
AzVision.az



Teqlər: İran   Zelenski  





Xəbər lenti