Zahidanın Məkki məscidi mühasirəyə alınıb - Video

Zahidanın Məkki məscidi mühasirəyə alınıb -    Video
  29 Sentyabr 2023    Oxunub:835
Zahidanda baş vermiş Qanlı Cümə gününün ildönümünə bir gün qalmış təhlükəsizlik və hərbi qüvvələr Məkki məscidinin bütün küçə və xiyabanlarını bağlayaraq, buranı tamamilə mühasirəyə alıblar.
AzVision.az Sistan və Bəlucistan əyaləti ilə bağlı xəbərləri işıqlandıran “Haalvsh” saytının yaydığı məlumata istinadən bildirir ki, məscidin ətrafındakı xiyabanları tamamilə bağlayan təhlükəsizlik əməkdaşları və hərbi qüvvələr, xiyabanların içərisində çadırlar qurublar.

Əraziyə giriş-çıxışlarda şəxsiyyət vəsiqələrinə ciddi nəzarət edilir, avtomobillərin əraziyə daxil olmasının qarşısı alınır.

Sosial şəbəkələrdə yayılan video və şəkillərdə, şəhərdə təhlükəsizlik qüvvələrinin çoxluğundan, məscidin mühasirəyə alınmasından asılı olmayaraq, çoxlu insanların bu iki yerə doğru hərəkət etdiyi görünür.

Yayılan xəbərə görə, dünən gecədən etibarən Bəlucistan bölgəsi və Zahidan şəhərində internet kəsilib və vətəndaşların zəng etməsi mümkün deyil. Bu həftə Kirman, Hörmüzqan və Cənubi Xorasan əyalətlərindən çoxlu maşın və hərbi qüvvə Bəlucistan şəhərlərinə daxil olub.


AzVision.az


Teqlər: İran   Zahidan  





Xəbər lenti