Bəhailərdən İrana ittiham

 Bəhailərdən İrana ittiham
  29 Sentyabr 2023    Oxunub:1261
Bəhai vətəndaşlarına qarşı möhürlənmə və qadağaların davam etdirilməsi bəhailərin hüquqlarının geniş şəkildə tapdalanması və İran hökumətinin onlara qarşı “iqtisadi uğursuzluqları”nın nümunəsidir.
AzVision.az Dünya Bəhai icmasının sözçüsü Fərhad Sabityanın “Amerikanın Səsi” radiosuna müsahibəsinə isrinadən xəbər verir ki, İran hökumətinin bəhai vətəndaşlarına repressiv münasibəti təxminən 7 il əvvəldən xüsusilə intensivləşib. İndiyədək müxtəlif şəhərlərdə, o cümlədən Xoy, Bocnurd, Sarı və Şəhrkürddə onlarla bəhainin dükanları möhürlənib.

“İranın hakimiyyət orqanları bəhailərə dini bayramlarını qeyd etmək üçün dükanlarını bağlamağa icazə vermədiyi halda, onların bizneslərini bağlayırlar. İran hökumətinin bəhai vətəndaşlarına iqtisadi təzyiqləri təkcə onların həmkarlar ittifaqlarını bağlaması ilə məhdudlaşmır. Hakimiyyət qüvvələrinin təzyiqləri nəticəsində bəhai vətəndaşları öz işlərindən də qovulub”, - Sabityan əlavə edib.

Hələ 2016-ci ilin noyabrında Bəhai icmasının xəbər xidməti İranda, o cümlədən Sari, Qaimşəhr və Bəndər Abbas şəhərlərində bəhailərə məxsus yüzdən çox mağazanın möhürləndiyini bildirmişdi. Bu mağazalar Bəhai bayramları münasibətilə iki gün bağlandıqdan sonra möhürlənib.

İranda bəhai vətəndaşları 1979-cu il fevral İslam inqilabından sonra sistematik olaraq edamlara, əmlaklarının müsadirəsinə, geniş ictimai və siyasi ayrı-seçkilik və qanunsuz rəftara, o cümlədən özbaşına həbslərə və ziyarətgahlarının təhqirinə məruz qalıblar.
AzVision.az


Teqlər: İran   bəhailər  





Xəbər lenti