Nyu-Yorkda yağış səbəbindən fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda yağış səbəbindən fövqəladə vəziyyət elan edilib
  29 Sentyabr 2023    Oxunub:922
ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hoçul davam edən güclü yağışlar səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan edib.
AzVision.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“Nyu-York, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan edilib” - deyə o bildirib.

Cümə axşamı axşam saatlarında başlayan yağış nəticəsində bəzi küçələri su basıb. Laqvardiyadakı hava limanlarından birinin, eləcə də bir sıra metro xətlərinin işi dayandırılıb. Yağışın daha bir neçə saat davam edəcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti