Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb, ölən var

   Təbrizdə yanacaqdaşıyan avtomobil aşıb,    ölən var
  29 Sentyabr 2023    Oxunub:776
Təbrizdə yanacaqdaşıyan avtomobilin aşması nəticəsində 2 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Tehrandan Təbrizə hərəkət edən yanacaqdaşıyan maşın Təbrizin girişində yoldan çıxaraq “Pride” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərin ikisi də uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alan iki yanğınsöndürənə yerində tibbi yardım göstərilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti