Elon Mask Ərdoğanın dəvətini qəbul edib

Elon Mask Ərdoğanın dəvətini qəbul edib
  29 Sentyabr 2023    Oxunub:947
"X" şirkətinin sahibi Elon Mask Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn il "TEKNOFEST"də iştirakla bağlı dəvətini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

Bundan əvvəl Türkiyə lideri onun bu mötəbər festivalda iştirakından məmnun olacağını qeyd edib.

"Elon Mask! Növbəti il sizi dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest" də görməkdən çox məmnun olarıq. İnanıram ki, bu əməkdaşlıq bir çox sahələrdə ölkəmizə və bəşəriyyətə böyük töhfələr verəcək", - Ərdoğan paylaşımda vurğulayıb.


AzVision.az




Teqlər:





Xəbər lenti