İlon Mask gələn il "TEKNOFEST"də iştirak edəcək

İlon Mask gələn il "TEKNOFEST"də iştirak edəcək
  30 Sentyabr 2023    Oxunub:923
"Tesla" və "SpaceX"in yaradıcısı İlon Mask gələn il "TEKNOFEST"də iştirak edəcəyini açıqlayıb.
O bu barədə sahib olduğu “X” sosial media platformasında yayımladığı mesajda qeyd edib. İlon Mask Türkiyəyə dəvətinə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“TEKNOFEST"də yarışan bütün komandaları təbrik edirəm. Gələn il şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”, deyə İlon Mask qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti