Ukrayna Rusiyanın müharibədəki yeni itkilərini açıqladı

   Ukrayna Rusiyanın müharibədəki yeni itkilərini açıqladı
  30 Sentyabr 2023    Oxunub:975
Ukrayna silahlı qüvvələri son 24 saat ərzində 470 rus hərbçisini öldürüb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında deyilir.

Qeyd edilib ki, 24 fevral 2022-ci il tarixindən 30 sentyabr 2023-cü il tarixədək Rusiyanın şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 278 min 130 nəfər təşkil edib. Bu dövrdə qarşı tərəfin yüzə yaxın hərbi texnikası və 5006 PUA-sı məhv edilib.

Həmçinin son 24 saat ərzində 38 artilleriya sistemi (cəmi - 6447), 4 tank (cəmi - 4691),
12 zirehli döyüş maşını (8984), 2 çoxsaylı buraxılış raket sistemi (796), bir hava hücumundan müdafiə silahı (537), 18 ədəd avtomobil avadanlığı və sistern (8854),
2 ədəd xüsusi texnika (932) məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti