İranda növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib
“Zəhərlənmə ilə xəstəxanaya göndərilən tələbələrin hamısının səhhəti stabildir və ümumi vəziyyətləri yaxşıdır. Tələbələrin əksəriyyətinə lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıblar. Məsələnin vacibliyi ilə əlaqədar hadisənin mümkün səbəbləri araşdırılır və alınan analizlərin nəticələri hazırlandıqdan sonra yekun nəticə və zəhərlənmənin səbəbi açıqlanacaq”, - Salari deyib.
Qeyd edək ki, İranın tələbə həmkarlar ittifaqı şuraları cümə günü Səbzivar Tibb Elmləri universitetinin tələbələrinin kütləvi zəhərlənməsi ilə bağlı məlumat yaymışdı.
AzVision.az
Teqlər: İran zəhərlənmə