Mövləvi Əbdülhəmid: Zahidanın “Qanlı Cümə” işi ilə məşğul olanlara təzyiq göstərilir

   Mövləvi Əbdülhəmid:    Zahidanın “Qanlı Cümə” işi ilə məşğul olanlara təzyiq göstərilir
  30 Sentyabr 2023    Oxunub:1006
Zahidanın sünni imamı Mövləvi Əbdülhəmid “Qanlı Cümə”nin ildönümü ərəfəsində verdiyi cümə namazı xütbəsində cinaəytin günahkarlarının cəzalandırılacağını və bunu xalqın son bir ildəki tələbi olduğunu vurğulayıb.
AzVision.az xəbər verir ki, Əbdülhəmid xütbəsində “Qanlı Cümə” işinə toxunaraq işin hakimlərini yaxşı insan kimi dəyərləndirsə də, onların lazımi müstəqilliyə malik olmadıqların qeyd edib.

Onun sözlərinə görə, işin hakimlərinə müxtəlif mərkəzlərdən təzyiqlər göstərilir və bu səbəbdən xalqın arzusu olan rəyi veriləcəyinə ümid yoxdur.

“Bu əyalətdə həyatını itirən 100-ə yaxın insanın ailəsi və Zahidanın “Qanlı Cümə” günü zamanı ağır yaralanan digər insanlar, o cümlədən əllərini və ya ayaqlarını itirmiş, iflic olmuş və onurğaları zədələnmiş insanlar yalnız qatillər haqqında İslam qanunlarının icrasını axtarırlar. Bu işin iddiaçıları ciddi maddi sıxıntı içində olsalar da, fidyə və güzəştləri qəbul etmirlər və pul almaqla kifayətlənmirlər. Qisas hökmlərinin icrasına ailələrin razılıq verməsi şərti bütün İran xalqının razılığı, siyasi məhbusların və mühasirəyə alınanların azad edilməsidir. Bundan sonra xalqdan öz doğmalarının qanından keçməsini xahiş edəcəyik”, - Mövləvi Əbdülhəmid deyib.

Sünni dini xadim bu bölgənin camaatının çox savadı olmasa da, şüurunun, təhlil qüdrətinin olduğunu və yalnız onların dediyi şərtlərin yerinə yetirilməsi əsasında ölkədə milli barışığın, əsl birliyin yaranacağını söyləyib.
AzVision.az







Teqlər: İran   Zahidan  





Xəbər lenti