Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

   Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb
  30 Sentyabr 2023    Oxunub:845
Türkiyənin Amasya şəhərinin Merzifon rayonunda sərnişin avtobusu aşıb.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

Qəzada 30 nəfərin də yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

AzVision.az



Teqlər:





Xəbər lenti