Kiyev: Ukrayna səmasında bu gecə İranın 30 PUA-sı vurulub
“Rusiya Ukrayna iqtisadiyyatına zərbə vurmaq üçün Dunay çayı üzərindəki limanlar da daxil olmaqla liman infrastrukturuna pilotsuz təyyarələrlə hücumlar, eləcə də digər regionlardakı mühüm infrastruktura hücumlar təşkil edir”, - komandanlığın məlumatında deyilir.
Rusiya son aylarda, xüsusilə də Qara dəniz taxıl ixracı sazişindən çıxdıqdan sonra Ukraynanın taxıl ixracı infrastrukturuna hücumlarını gücləndirib. Vinnitsa vilayətinin qubernatoru dünən gecəki hücumlarda bu bölgədəki infrastrukturlardan birinin hədəf alındığını və böyük zərər dəydiyini bildirib.
AzVision.az