Türkiyə DİN-in binası yaxınlığında partlayış: İki polis yaralandı - VİDEO

Türkiyə DİN-in binası yaxınlığında partlayış: İki polis yaralandı - VİDEO
  01 Oktyabr 2023    Oxunub:1528
Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib. O, 2 terrorçunun bomba yüklü avtomobillə hücuma cəhd etdiyini açıqlayıb.

"Saat 09.30 radələrində Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısına avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Yanğın zamanı 2 polisimiz yüngül xəsarət alıb. Qəhrəmanlarımızın tezliklə sağalmasını arzu edirəm. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz amansızcasına davam edəcək”,- nazir sosial media hesabında yazıb.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti