"Əclaflar məqsədlərinə çata bilməyəcəklər" - Ərdoğan

   "Əclaflar məqsədlərinə çata bilməyəcəklər" -    Ərdoğan
  01 Oktyabr 2023    Oxunub:834
"Türkiyədə sülh və təhlükəsizliyi pozmağa çalışan terrorçular heç vaxt məqsədlərinə çata bilməyəcəklər".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səhər saatlarında baş verən terror aktını şərh edərkən deyib.
Türkiyə DİN-in binası yaxınlığında partlayış: İki polis yaralandı - VİDEO


“Polis bölmələrimizin vaxtında müdaxiləsi nəticəsində iki cinayətkar zərərsizləşdirildi. Bu, terrorun son çırpınışlarıdır. Vətəndaşların əmin-amanlığını, təhlükəsizliyini təhdid edən əclaflar öz məqsədlərinə çata bilməyiblər və heç vaxt da çatmayacaqlar. Hadisəyə müdaxilə zamanı yüngül xəsarət alan polis əməkdaşlarımıza şəfalar diləyir, Ankaralı qardaşlarımıza ən xoş arzularımı bildirirəm”.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub. Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hücum edən iki terrorçudan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Partlayış zamanı 2 polis yüngül xəsarət alıb.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti