Vardandan Nikola çağırış: "Planım var, hakimiyyətdən get!"

    Vardandan Nikola çağırış:   "Planım var, hakimiyyətdən get!"
  02 Oktyabr 2023    Oxunub:1121
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ölkəsi üçün yaranmış çətin vəziyyətdən çıxış yoluna dair fəaliyyət planının olduğunu bəyan edib.
O, bu barədə sosial şəbəkədə canlı yayım zamanı danışıb.

Oskanyan: "İrəvan Qarabağın Azərbaycanın tərkibində olmasına razılaşıb"
"Vəzifədən get (Baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red.) və vətəni xilas etməyə imkan yarat. Mənim konkret planım var. Bu barədə açıq danışa bilmərəm, amma çıxış yolu var", - Oskanyan qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri müxalifəti konsolidasiyaya və Paşinyana təhlükəsizlik zəmanəti verməyə çağırıb.

Oskanyan revanşist düşünücələrindən də əl çəkməyib. O, belə hesab edir ki, İrəvan Azərbaycan ərazisi olan Qarabağı "xilas etmək" üçün heç bir addım atmır, fəaliyyətsizdir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa dair bütün mesajlara məhəl qoymur.

Hərbi canilərin toplaşdığı Qarabağ klanının əsas kadrlarından olmuş Oskanyan Ruben Vardanyanı da unutmayıb. O, Azərbaycanın Vardanyanı terrorçuluğu maliyyələşdirməkdə ittiham etməsindən məyusluğunu gizlətməyib: "Niyə susursunuz? Xarici İşlər Nazirliyi hanı?".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Vardan-Oskanyan   Paşinyan   Ermənistan  





Xəbər lenti