“Nə Rusiya, nə Fransa tankı, nə də Britaniya gəmiləri bizə kömək etməyəcək” - Sarkisyan

 “Nə Rusiya, nə Fransa tankı, nə də Britaniya gəmiləri bizə kömək etməyəcək”    - Sarkisyan
  02 Oktyabr 2023    Oxunub:1340
Ermənistanda hakimiyyətə qarşı aqressiya artmaqdadır. AzVision.az xəbər verir ki, yerli media baş nazir Nikol Paşinyanın uğursuz daxili və xarici siyasətini sərt şəkildə tənqid edir.
Məsələn, jurnalist David Sarkisyan yazır ki, “Sonuncu erməni Qarbağdan çıxanda BMT müşahidəçiləri ora daxil oldular. Kədərlidir, amma bu rejim qovulmasa, yaxın gələcəkdə eyni şey Ermənistanda da baş verəcək".

Vardandan Nikola çağırış: "Planım var, hakimiyyətdən get!"
O, iddia edib ki, əgər vəziyyət gərginləşsə, Azərbaycan və Türkiyə Araz çayı yaxınlığında da antiterror əməliyyatları keçirə bilər. Ermənistanın cənubunda təhlükəsizlik zonası yaradılacaq.

"Və beləcə hər hansı ölkənin hərbi qüvvələri, nə Rusiya hərbi bazası (əgər o vaxt hələ də Ermənistan ərazisində qalsalar...), nə fransız tankları, nə də Britaniya gəmiləri bizim üçün yardıma çatmayacaqlar. Ən yaxşı halda, BMT Təhlükəsizlik Şurasının qapısını döyəcəklər.
Bəs biz, belə bir ssenari ilə razıyıqmı?", - o gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti