Saakaşvili Rubenin həbsindən yazdı: "Xeyirlə şər arasında mübarizə gedir" |
"Dünən Ermənistan Respublikasının hakimiyyət orqanlarına, beynəlxalq ictimaiyyətə, Rusiya Federasiyasının hakim dairələrinə müraciətlər də ünvanlandı ki, onları Ermənistana gətirmək və Bakıda həbsdə olan digər separatçıları azad etmək üçün çalışsınlar. Erməni dövlətinin və diplomatiyasının ilkin vəzifələrindən biri Azərbaycanın qara siyahıya saldığı və hələ də Qarabağdan çıxa bilməmiş erməni hərbi, siyasi xadimlərinin təxliyəsidir. Ermənistan səylər göstərməli və düşmənin planlarını pozmaq üçün bütün diplomatik rıçaqlardan istifadə etməlidir", - müəllif yazıb.
Tural Tağıyev
AzVision.az