İran ordusu Ermənistan-Azərbaycan sərhədinə "müşahidəçilər" göndərəcək?

 İran ordusu Ermənistan-Azərbaycan sərhədinə   "müşahidəçilər" göndərəcək?
  04 Oktyabr 2023    Oxunub:1274
İran ordusu Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır. AzVision.azxəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Nəşr yazır ki, təklifi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə bəyan edib.

Movəhediyan: "İran Qarabağ ermənilərini Zəngəzurda məskunlaşdırmalıdır"
O, Cənubi Qafqazda gərginliyin qalmasının təkcə Bakı və İrəvanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun olmadığını vurğulayıb.

“Bu baxımdan İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”, - Baqiri qeyd edib.

Xatırladaq ki, dünən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmisi Naser Kanani ölkəsinin Qarabağdan köçən ermənilərə yardım göndərməklə bağlı planlarını açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Azərbaycan   Ermənistan   Sərhəd  





Xəbər lenti