Marsel universiteti narkotik alverinə görə fakültəsini bağlayır - "Parisien"

Marsel universiteti narkotik alverinə görə fakültəsini bağlayır -    "Parisien"
  04 Oktyabr 2023    Oxunub:2335
"Aix-Marseille" universiteti iqtisadiyyat fakültəsini bir həftəlik bağlayır.
Buna səbəb universitetin yerləşdiyi binanın yaxınlığında narkotik ticarətinə şəraitin yaradılmasıdır. Təhsil ocağı tələbələrin təhlükəsizliyini təmin edə bilmir. AzVision.azxəbər verir ki, bu barədə Parisien qəzeti məlumat yayıb.

Paris partlayır, dərviş isə belə əylənir - VİDEO
"İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı bir neçə aylıq narahatlıq və təşvişdən sonra tələbələrin, əməkdaşların təhlükəsizliyini təmin etmək mümkün olmadığına görüb binaya girişini bağlamaq qərarına gəlib”, – qəzet "Aix-Marseille" universiteti rəhbərinin yerli prefektə yazdığı məktubdan sitat gətirib.

Universitet həmkarlar ittifaqının prezidenti Yan Solterman qəzetə bildirib ki, işçilər uzun illərdir təhsil ocağınınn təhlükəsizliyi ilə bağlı problemləri hakimiyyət orqanlarının diqqətinə çatdırmağa çalışırlar. O, yaxınlıqda narkotik ticarəti məntəqələrinin olmasını və səfillər arasında davaların olduğunu göstərib.

Onun sözlərinə görə, hətta məhəllədə fəaliyyət göstərmiş bəzi dövlət xidmətləri bu səbəbdən ərazidən köçmək məcburiyyətində qaldılar və yerli hakimiyyət orqanları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı heç bir reaksiya verməyiblər.

Solterman vurğulayıb ki, universitetin məlum qərarə narkotik alverçiləri qarşısında geriçəkilmənin ağır etirafıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Frana   Narkotik   Fakultə  





Xəbər lenti