"Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə görüş planlaşdırmırıq" - Torosyan

   "Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə görüş planlaşdırmırıq"    - Torosyan
  06 Oktyabr 2023    Oxunub:1087
Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş planlaşdırmayıb. AzVision.az xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Aram Torosyan deyib.
Torosyanın sözlərinə görə, onun Rusiya hərbi rəbərliyindən kimlərinsə bölgəyə səfər edəcəyinə dair hər hansı məlumatı yoxdur.

İranda yeni Məhsa Əmini hadisəsi yaşanır - VİDEO
"ER Müdafiə Nazirliyində belə bir görüş planlaşdırılmır", - o deyib.

Xatılradaq ki, TASS nəşri öz mənbələrinə istinadən məlumat yayıb ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün cümə günü İrəvana səfər edəcək.

Qeyd edək ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci ildə imzaladığı atəşkəs bəyannaməsinə əsasən regionda yerləşdirilib.

Rusiya sülhməramlı kontingentinin qalma müddəti müqavilənin imzalandığı tarixdən etibarən beş il müddətinə müəyyən edilib, əgər müqavilə tərəflərindən heç biri müddətin bitməsinə 6 ay qalmış bəyan etməsə, avtomatik olaraq daha beş il müddətinə uzadılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Müdafiə-Nazirliyi  





Xəbər lenti