Qarabağdan gedən ermənilər aksiyada polislə toqquşdu - VİDEO

   Qarabağdan gedən ermənilər aksiyada polislə toqquşdu    - VİDEO
  06 Oktyabr 2023    Oxunub:1805
Ermənistanda növbəti dəfə etirazçılarla polislər arasında toqquşma olub. AzVision.az xəbər verir ki, bu barədə erməni jurnalist Suzi Badoyan məlumat yayıb.
O, Facebook profilində video paylaşaraq yazıb ki, insident Vedidə baş verib: "Vətəndaşlarla polislər arasında toqquşmalar olur. Videodan çox şey aydın deyil. Mənbələrimdən birinin verdiyi məlumata görə, hadisə yerində Qarabağdan olan köçkünlər süründürməçilikdən bezdikləri üçün aksiya keçiriblər".

Digər iddialara görə isə onlar guya Türkiyə kapitalı ilə qurulan sement zavoduna qarşı çıxırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Ermənistan  





Xəbər lenti