İsrail ordusu bu gün həlledici döyüşlərə çıxacaq - The Times of Israel

   İsrail ordusu bu gün həlledici döyüşlərə çıxacaq -    The Times of Israel
  09 Oktyabr 2023    Oxunub:1017
Günün sonuna qədər İsrail hərbçiləri Qəzza zolağı yaxınlığında döyüşlərin getdiyi ərazilərə nəzarəti tam şəkildə ələ keçirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb . Nəşr İsrail ordusunun sözçüsü Riçard Hextə istinad edib.

KİV: "Minə yaxın terrorçu İsrailin 20 yaşayış məntəqəsinı hücum edib"
Hextin sözlərinə görə, hazırda Qəzza ətrafında döyüşlər davam edir.

“Biz hələ də mübarizə aparırıq. Qəzza bölgəsində yeddi-səkkiz açıq məkan var ki, orada terrorçularla döyüşlər davam edir. Biz dünən əraziyə tam nəzarəti ələ keçirəcəyimizi düşünürdük. Ümid edirəm ki, biz bunu günün sonuna kimi bacaracağıq”, - nəşr Hextdən sitat gətirib.

Müəllif xatıladıb ki, HƏMAS-ın İsrailin cənubuna hücum etməsi, terrorçuların ölkə ərazisinə daxil olmasına şərait yaradandan sonra Qəzza zolağı ilə təhlükəsizlik səddində ciddi boşluqlar yaranıb.

Xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsrailə bir neçə min raket atdı. Bunun ardınca təşkilat "Əl-Əqsa Daşqını" adlı əməliyyatın başladığını elan etdi.

Terrorçular İsrail ərazisinə soxularaq bir neçə hərbçi və mülki şəxsi öldürüblər. Bundan başqa xeyli sayda əsirlərin olduğu qeyd edilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Qəzza  





Xəbər lenti